Azərbaycan FİFA reytinqində 109-cu ola bilər
3 avqust 2015 19:15
Azərbaycan yığması FİFA-nın yeni reytinq siyahısında 109-cu ola bilər. Azerisport.az xəbər verir ki, hazırda ölkəmiz Malavi ilə birgə 302 xalla 108-ci pilləni paylaşır.
Lakin Azərbaycandan fərqli olaraq, Malavi avqust ayı üçün açıqlanacaq siyahıda bir neçə pillə irəliləyəcək. Komandamız xal itirməsə də, böyük ehtimalla 109-cu pillədə qərarlaşacaq.
Qeyd edək ki, FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını avqustun 6-da açıqlayacaq.