Neftçidə azarkeşlərlə görüş keçiriləcək
3 avqust 2015 18:15
“Neftçi” PFK-nın məşqçilər korpusu və futbolçularla komandanın azarkeşləri arasında görüş keçiriləcək. Azerisport.az xəbər verir ki, avqustun 5-də baş tutacaq görüşdə iştirak etmək istəyən azarkeşlər ad, soyad, doğum tarixi və telefon nömrəsini yazmaqla qeydiyyatdan keçə bilərlər.
Müraciət göndərən ilk 30 azarkeş məşqçilər korpusu və üç futbolçu ilə görüşə dəvət alacaq. Görüşün yeri və saatı haqda əlavə məlumat veriləcək.