5 azərbaycanlı futbolçu MY-nin düşərgəsinə yollandı
3 avqust 2015 14:00
AFFA və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş "Mançester Yunayted" Yay Futbol Məktəbinin təlim-məşq toplanışında seçilmiş 5 nəfər – Elmar Əzizov, Cavid Fərzəliyev, Nihad Fərəci, Nihad Xəlilli və İbrahim Ağayarov ötən gün - avqustun 2-də İngiltərəyə yola düşüblər. Azerisport.az xəbər verir ki, onlar ayın 7-dək "Mançester Yunayted" Yay Futbol Məktəbinin koordinatoru Ramin Həsənov və məktəbin köməkçi-məşqçisi Samir Ələkbərovun müşayiəti ilə İngiltərənin Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində iştirak edəcəklər.