Qurban Qurbanov 20:30-da, Ronni Deyla 21:00-da
3 avqust 2015 13:00
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan çempionu "Qarabağ"la Şotlandiya "Seltik"i arasındakı cavab qarşılaşmasından öncəki mətbuat konfranslarının vaxtı bəlli olub. Azerisport.az xəbər verir ki, avqustun 4-də oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun mətbuat zalında ağdamlıların baş məşqçisi Qurban Qurbanov 20:30-da media mənsublarının önünə çıxacaq.
"Seltik"in baş məşqçisi Ronni Deyla isə 21:00-da jurnalistlərin suallarını cavablandıracaq. Şotlandların oyunqabağı son çalışması 21:30-da baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" - "Seltik" qarşılaşması avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.