Rəvan Qəbələnin 2 oyunçusuna göz dikdi
2 avqust 2015 14:20
Premyer Liqanın yeni mövsümünə hazırlaşan "Rəvan" yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Emin Quliyev futbolçularını "Qəbələ"nin əvəzedici komandası ilə oyunda sınayıb.
Matç paytaxt təmsilçisinin 3:6 hesablı məğlubiyyəti ilə başa çatıb.
Maraq üçün qeyd edək ki, oyunun gedişində Quliyev rəqib komandanın heyətində iki futbolçu bəyənib. Bunlar Qismət Əliyevlə Roman Hüseynovdur. Bakılılar həmin futbolçuları komandaya cəlb etmək istədiklərini qarşı tərəfə çatdırsalar da, "Qəbələ" oyunçularını buraxmağa hazırlaşmır.