Junior Nildo İnterdən FİFA-ya şikayət etdi, karyerasını başa vurur
2 avqust 2015 14:00
"İnter"in sabiq hücumçusu Junior Nildo karyerasını başa vurmağa hazırlaşır. Azerisport.az saytına açıqlamasında bunu braziliyalı futbolçu özü bildirib.
O, eyni zamanda Azərbaycan klubundan FİFA-ya şikayət etdiyini də vurğulayıb: "İnter"də yaxşı oyunlar keçirdim, bu klubla ikinci olduq. Amma sonradan maliyyə problemləri yarandı, buna görə mən də komandadan getməyə qərar verdim. Hətta Braziliyaya qayıtmaq üçün bilet pulumu da özüm verdim. Ondan sonra "İnter"dən FİFA-ya şikayət etməyə qərar verdim. Hazırda evimdə istirahət edirəm. Heç bir təklif yoxdur. Artıq 31 yaşım var. Maraqlı təklif olmasa, karyeramı başa vuracağam".