İlqar Qurbanov: Seltikə qalib gəlmək üçün daha da yaxşı oynamalıyıq
2 avqust 2015 13:40
"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Seltik"lə ilk oyun çox çətin alındı. Biz bunu öncədən də bilirdik. Təəssüf ki, biz yaxşı oynasaq da, qol vura bilmədik. Artıq ilk oyunu unudub, tam olaraq cavab görüşünə köklənməliyik. Cavab matçına çox ciddi yanaşmalıyıq. Qələbə qazanmaq üçün daha da artırmalıyıq. Ümid edirəm ki, cavab görüşündə uğur bizim tərəfimizdə olacaq".