İnter - Atletik matçının biletləri satışa çıxarılır
2 avqust 2015 11:40
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək Bakı "İnter"i ilə İspaniyanın "Atletik" klubu arasında keçiriləcək cavab görüşü üçün biletlər bu gündən etibarən satışa çıxarılır. Azerisport.az xəbər verir ki, "İnter Arena"da baş tutacaq oyuna biletlər 2-3 manata satılacaq.
Qeyd edək ki, ilk görüşdə "Atletik" 2:0 hesabıyla qalib gəlib. Cavab görüşü saat 21:00-da start götürəcək.