Seltikin daha bir futbolçusu Qarabağla oyunu buraxacaq
1 avqust 2015 20:00
Şotlandiyanın "Seltik" klubunun daha bir futbolçusu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, söhbət Çarlz Malqryudan gedir.
Qeyd edək ki, o, Qlazqodakı ilk oyunda da zədə səbəbindən meydana çıxa bilməmişdi. Son məlumatlara görə, o, cavab matçında da sıraya dönə bilməyəcək.
Qeyd edək ki, "Qarabağ"la "Seltik" arasındakı cavab qarşılaşması avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.