İnterin sabiq futbolçusu Hollandiya klubunda
1 avqust 2015 19:00
"İnter"in sabiq futbolçusu Ruben Sxaken özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, hollandiyalı futbolçu vətəninə qayıtmağa qərar verib.
O, ölkəsinin "Den Haaq" klubu ilə anlaşıb. 33 yaşlı futbolçunun müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, Sxaken "İnter"də son mövsümün ikinci yarısında çıxış etmişdi.