Bakı İnterinin texniki direktoru Hollandiya klubunda
1 avqust 2015 15:30
Bakı "İnter"inin texniki direktoru Roland Vrumans özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, artıq Hollandiyanın "Villem II" klubunda işə başlayıb.
Hollandiya mətbuatının yazdığına görə, o, bu klubun texniki personalında çalışır. Vrumans özü isə açıqlamasında komandanın baş məşqçisi Yurgen Streppellə əlaqə saxladığını və ondan iş istədiyini etiraf edib. Steppel də həmyerlisini yanına çağırıb.
Qeyd edək ki, ötən il "İnter"də texniki direktor vəzifəsinə təyin olunan Vrumans paytaxt klubundakı maliyyə problemlərindən sonra Azərbaycandan ayrılıb. Amma o, klubla üç illik müqavilə bağladığı üçün hələ də Azərbaycan təmsilçisinin rəsmisi hesab oluna bilər.