Oskar de Markos: İnterlə ilk oyunda qol buraxmamaq bizim üçün vacib idi
1 avqust 2015 00:20
İspaniyanın "Atletik" klubunun yarımmüdafiəçisi Oskar de Markos Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, 2 cavabsız qolla qalib gələn ispanların aparıcı futbolçusu bunları söyləyib:
"Beş müdafiəçi ilə mübarizə aparan komandaya qarşı oynamaq asan deyildi. Amma biz hər çətinliyə rəğmən iki cavabsız qolla qalib gəlməyi bacardıq. Yaxşı ki, qol buraxmamağa da nail olduq. Çünki belə pley-off qarşılaşmalarında bu, çox vacibdir. Fikrimcə, "İnter" cavab oyununda qol vurmağa çalışacaq. Belədə, onlar daha çox boşluqlar buraxacaqlar. Bu isə bizə qol vurmaq üçün şans yaradacaq".