Neftçi Antalyaspora qalib gəldi
“Neftçi” Türkiyə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" Türkiyənin “Antalyaspor” klubu ilə qarşılaıb.
Afyonkarahisar İdman Kompleksində baş tutan oyun Bakı təmsilçisinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bundan əvvəlki oyunlarda “Alanyaspor” (1:1), “Əl-Faysali” (2:1) və “Ahal” (2:2) klubları ilə qarşılaşmış “Neftçi” təlim-məşq toplanışını başa vuraraq bu gün Bakıya qayıdacaq.
Yoxlama oyunu
31 iyul
"Neftçi" - "Antalyaspor" - 2:0
Qollar: Ruslan Qurbanov, 60 (1:0), Fəhmin Muradbəyli, 80 (2:0).
"Neftçi"nin "Antalyaspor"a qarşı start heyəti: Aqil Məmmədov, Elvin Bədəlov, Melli, Aylton, Kamal Qurbanov, Kaue, Rəhman Hacıyev, Elşən Abdullayev, Samir Məsimov, Araz Abdullayev, Məhəmməd Qurbanov.
Sonradan meydana daxil olanlar: Ruslan Qurbanov, Erik Ramos, Məqsəd İsayev, Fəhmin Muradbəyli, Rahil Məmmədov, Mirabdulla Abbasov, Orxan Qurbanlı, Əziz Quliyev, Orxan Bəşirov.