Neftçinin əvəzediciləri yığma komandamıza 3 qol vurdu
1 avqust 2015 00:10
“Neftçi”nin əvəzedici heyəti yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun əvəzediciləri Azərbaycan U-17 milli komandası ilə qarşılaşıb.
"Dalğa Arena"da baş tutmuş görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə nəticələnib. “Neftçi”nin qollarını Nurxan Mənsizadə, Aqşin Qurbanlı və Rəsul Babazadə vurublar.