İnterə iki qol vuran futbolçu danışdı
31 iyul 2015 19:00
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"i ilə qarşılaşan və bu oyunda dubla imza atan İspaniyanın "Atletik" klubunun hücumçusu Eraso oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Uğurlu debütümə görə şadam. Hərdən arzular gerçək olur. Necə ki, məndə belə oldu. Əsas odur ki, qələbə qazandıq və qol buraxmadıq. Qarşıda cavab oyunu var. Bizi çətin oyun gözləyir. İlk oyunun nəticəsi bizim üçün yaxşı hesab oluna bilər. Amma biz bu oyunu unudub, qarşıdakı görüşə köklənməliyik".