Samir Musayev: Qarabağın ev oyununda lazım olan nəticəni qazanacağına inanmaq lazımdır
Azərbaycan yığmasının sabiq hücumçusu Samir Musayev son ölkə çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə qarşı keçirdiyi ilk oyunu şərh edib və komandamızın şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim fikrimcə, "Qarabağ" "Seltik"ə qarşı pis oynamadı. Komandamızın hətta qol vurmaq üçün də şansları var idi. Təəssüf ki, onlardan yararlana bilmədilər. "Seltik" isə gözlənildiyi kimi, standart vəziyyətlər zamanı çox təhlükəli idi. Elə qolu da məhz standart vəziyyətdən vurdular. Şotlandların Ağdam klubu ilə müqayisədə bircə üstünlüyü var idi, ondan da yararlandılar. Allah eləsin ki, "Qarabağ" cavab matçında lazım olan nəticəni qazansın. Buna sadəcə, inanmaq lazımdır. Komandamızı dəstəkləməliyik".