Sumqayıt Ayaz Mehdiyevi də heyətinə qatdı
31 iyul 2015 17:40
Transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu növbəti futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, son olaraq Türkiyənin "Girəsunspor" klubunda çıxış etmiş Ayaz Mehdiyevlə 2 illik müqavilə imzalanıb.
22 yaşlı futbolçu 25 nömrəli formanı geyinəcək.
Maraq üçün qeyd edək ki, Mehdiyev son dövrlərə qədər AZAL-da baxışda idi. Lakin görünür tərəflər razılığa gələ bilməyiblər.