Hacıyev: Qurbanov Qarabağ üçün yeni hücum variantları tapmalıdır
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Aftandil Hacıyev Ağdam klubunun əsas heyətinin UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə qarşı keçirdiyi ilk oyunu şərh edib və cavab matçındakı şansları dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" cavab matçında daha çox hücum etməlidir. Yəqin ki, şotlandlar "Qarabağ"ı analiz ediblər və bu komandanın necə oynadığını yaxşı bilirlər. Amma Qurban Qurbanovun yeni hücum variantları fikirləşib tapacağına inanıram. Bundan başqa futbolçularımız da xüsusi ev tapşırıqları hazırlamalıdırlar. Xüsusilə də standart vəziyyətlər zamanı bunlara ehtiyac olur. İlk oyunu analiz etmək üçün də müəyyən vaxt var və bundan yararlanıb, cavab görüşünə tam hazır olmaq lazımdır".