Kiprli fanatlar Azərbaycan bayrağına belə hörmətsizlik etdilər
31 iyul 2015 16:00
Xəbər verdiyimiz kimi, Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ötən gecə Kipr "Apollon"u ilə "Qəbələ" arasındakı ilk oyunda yerli fanatlar Azərbaycanın dövlət atributlarına qarşı hörmətsizlik ediblər. Azerisport.az xəbər verir ki, onların bu xoşagəlməz hərəkətlərindən biri də Azərbaycan bayrağının cırılmış formada tribunadan asılması idi.
Kiprli fanatların həmin təxribatçı əməllərinin fotolarını təqdim edirik.