Azərbaycandan Bolqarıstana 4 cavabsız qol
31 iyul 2015 14:45
17 yaşadək qızlar arasında Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən UEFA-nın İnkişaf Turniri çərçivəsində yığmamız üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşan millimiz 4:0 hesabı ilə qələbə qazanıb.
Komandamızın qollarını Zəhra İncəoğlu (25-ci dəqiqə), Firəngiz Teymurova (57), Vüsalə Seyfətdinova (59) və Rövşanə Sərdarlı (68) vurub.
Qeyd edək ki, yığmamız ilk oyununda Moldovaya 1:3 uduzsa da, Latviyaya 3:0 hesabıyla qalib gəlmişdi.