Elnur Abdulov Sumqayıtla 2 illik müqavilə imzaladı
31 iyul 2015 14:15
Yeni mövsüm üçün təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" heyətini gücləndirməklə də məşğuldur. Azerisport.az xəbər verir ki, sözügedən klub son olaraq "Zirə"də çıxış etmiş Elnur Abdulovla 2 illik müqaviləyə imza atıb.
Adıçəkilən futbolçu "Sumqayıt" FK-da 16 nömrəli formanı geyinəcək.