İnterlə Atletikin kapitanları Piçiçinin büstü önünə gül dəstəsi qoydu
31 iyul 2015 12:45
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubu ilə Bakı "İnter"i arasındakı ilk oyundan öncə Bilbao təmsilçisinin əfsanəvi futbolçularından biri anılıb. Azerisport.az xəbər verir ki, komandaların kapitanları - Karlos Qurpegi ilə Səlahət Ağayev "Atletik"in sabiq hücumçusu Rafael Moreno Aransadinin büstü önünə gül dəstəsi qoyublar.
Qeyd edək ki, bu futbolçu "basklar"ın heyətində 1911-1921-ci illər aralığında oynayıb və nəinki bu komandanın, bütövlükdə İspaniya futbolunun əfsanələrindən hesab olunur. Təsadüfi deyil ki, hər mövsüm İspaniya çempionatının ən yaxşı bombardirinə onun adını daşıyan mükafat təqdim olunur.