Bədavi Hüseynov: Bakıda bizə daha çətin olacaq, nəinki Seltikə
30 iyul 2015 16:30
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun oldu. Amma bütövlükdə, pis oynamadıq. Rəqibin təhlükəli hücumlarının qarşısını ala bildik. Son dəqiqələrdə qol buraxmağımız üzücüdür. Buna baxmayaraq, hələ şansımız var. Bakıdakı cavab oyununda hər şey ola bilər. Hücumda oynamağa, aqressiv futbol sərgiləməyə çalışacağıq. Amma ev oyununda bizə daha çətin olacaq, nəinki rəqibə. Biz hər epizodda diqqətli olmalıyıq ki, qol buraxmadan qalib gələk. "Seltik" çox güclüdür və səhvi bağışlamır. Allah eləsin ki, ev oyununda onlara qol vura bilək".