Nika Kvekveskiri: İspaniyaya turist kimi gəlməmişik
30 iyul 2015 16:15
"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim üçün əla şansdır. Nəyə qadir olduğumuzu hər kəsə göstərəcəyik. "San Mames" stadionunda "Atletik"ə qarşı oynamaq bir növ fəxrdir. Amma biz bura turist kimi gəlməmişik. Sonadək mübarizə aparacağıq. Yaxşı ki, futbolda sürprizlər də olur. Əks halda futbolda hər şey hamının gözlədiyi kimi olardı. Biz də məhz belə bir sürprizə imza atmağa çalışacağıq".