Qurban Qurbanov: Seltik üçün 1:0 yaxşı nəticədir
30 iyul 2015 12:00
Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın “Seltik” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı bunları söyləyib:
"Yaxşı komandaya qarşı mübarizə apardığımızı bilirdik. Çətin oyun oldu. "Seltik" 1:0 hesablı qələbə qazandı və bu, onlar üçün yaxşı nəticədir. Meydan sahiblərini qələbə münasibətilə təbrik edirəm. Bu arenada oynamaq maraqlı idi. Çünki stadiona çoxlu azarkeş toplamışdı. Bizim azarkeşlərin gözü qarşısında keçiriləcək cavab oyunu da maraqlı olacaq. Azarkeşlərimizə ümid bəsləyirik. Onlar da cavab oyununda bizə kömək etməyə çalışacaqlar".