Arif İsayev: Restoran biznesim var, amma futboldan da ayrılmaq istəmirəm
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Arif İsayevin futbolçu karyerasını başa vurduğunu xəbər vermişdik. Azerisport.az saytına açıqlamasında o, gələcək planlarından söz açıb:
"Restoran biznesim var. Hazırda onunla məşğulam. Amma futboldan tam ayrılmaq istəmirəm. Ona görə də B kateqoriyalı məşqçi kursuna başlamaq istəyirəm".
İsayev Türkiyənin "Dənizlispor" klubunda keçirdiyi günləri də xatırlayıb: "Türkiyədəki tanışlarımla hələ də əlaqə saxlayıram. Komandanın sabiq baş məşqçisi Yusuf Şimşəklə tez-tez söhbət edirəm. Türkiyəyə getsəm, mütləq onunla görüşəcəyəm. "Dənizlispor" azarkeşləri də məni unutmurlar, sosial şəbəkələrdə yazırlar. Azarkeşlər məni sevirlər. Amma düzünü deyim ki, niyəsini bilmirəm (gülür). "Dənizlispor"da işləməyimi istəsələr, məmnuniyyətlə razı olaram. Orada yaşamağa dəyər".