Fotoreportaj|Video|На русском

Futbol

Xaqani Məmmədov: Yeni normativi tətbiq edən ilk ölkələrdənik

29 iyul 2015 16:00

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov AFFA-nın rəmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Bu günlərdə hakimlərin Polşada təlim-məşq toplanışı keçirildi. Yeni mövsümə hazırlıq prosesini  necə qiymətləndirirsiniz?
- Əvvəlcədən planlaşdırdığımız kimi, toplanışı Polşanın Varka şəhərində keçirdik. Artıq ikinci dəfədir ki, həmin yerdə toplanış təşkil edirik. Bildiyiniz kimi, yay aylarında oyunlar az olur. Amma həmin məkanda hakimlərimiz Polşanın I liqasının komandalarının, eləcə də İsrail Premyer Liqasının 2 klubunun iştirakı ilə keçirilən oyunları idarə etdilər. Planda 12 oyun idarə edəcəyimiz nəzərdə tutulsa da, hakimlərimiz 14 matçda ədaləti qorudular. Əvvəlki illərlə müqayisədə, oyunların səviyyəsi yüksək idi. Hətta vaxtilə UEFA kubokunda mübarizə aparmış “Poloniya” kimi klub da həmin komandaların arasındaydı. Bu komandaların iştirakı ilə keçirilən 3-4 oyunu idarə etdik. Polşa Premyer Liqasının oyunlarını idarə etməməyimizin səbəbi isə həmin vaxt orada çempionatın başlanması ilə bağlıdır. Toplanışın gedişindən və nəticələrindən razı qaldım.
 
- Hazırlıq müddətində hansı çatışmazlıqları təsbit etdiniz?
- 14 günlük toplanışın I mərhələsini ötən mövsümün oyunları zamanı yaşanan problemlərin təhlilinə və aradan qaldırılmasına ayırdıq. Premyer Liqanın və başqa ölkələrin çempionatlarından hazırlanan, eləcə də FİFA və UEFA-nın hazırladığı video materialları izlədik, baş verən hakim səhvlərinin analizini apardıq. Hakimlərimiz müxtəlif suallara cavab verdilər. İkinci mərhələni isə yeni mövsümün planlarına, FİFA və UEFA-dan göndərilən yeni materalların hakimlərimizə izahına və digər məsələlərə ayırdıq.
 
- Bəs razı qaldığınız nüanslar hansılar oldu?
- Razı salan məqamlardan biri hakimlərimizin oyun qaydaları dilində danışmağı bacarmasıdır. Artıq onlar UEFA-nın müəyyən kriteriyaları çərçivəsində epizodlara ona uyğun şəkildə münasibət bildirirlər. Fiziki hazırlıq üzrə məşqlərimiz də yüksək səviyyədə keçdi və hakimlərimiz məhsuldarlıq nümayiş etdirdilər. Gün ərzində 2 dəfə ağır məşqlər keçirdik. Fiziki hazırlıq üzrə məşqçimiz Namiq Quliyev UEFA-nın son materiallarını hakimlərə çatdırırdı. Toplanışın sonunda hakimlər ilk dəfə olaraq bir yox, iki normativi ödədilər. Birincidə indiyə qədər olan, ikincidə isə UEFA-nın eksperimet normativi yerinə yetirdilər. Onu da deyim ki, yeni normativi tətbiq edən ilk ölkələrdənik. Bir sözlə, bu toplanışda irəliləyiş daha çox oldu.
 
- Hazırlıq prosesinə yeni hakimlər dəvət etmişdinizmi?
- Bu dəfə toplanışa dəvət etdiyimiz hakimlərin sayını azaltmışdıq. Bu hansısa problemlə bağlı deyildi. Belə bir çətin vəziyyətdə hakimlərin ölkə xaricində yüksək səviyyədə toplanış keçirməyinə şərait yaratdığına görə, AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Hakimlərin sayı az olanda dərslərdə, məşqlərdə məhsuldarlıq yüksək, nəticə effektli olur. Bir neçə gənc hakim var ki, onları Premyer Liqada görəcəyik. Onlardan Rəvan Həmzəzadəni, Xəlil Xəlilovu, Ramil Əhmədovu nəzərdə tuturam.
 
- Premyer Liqanın startına 10 gündən az vaxt qalıb. Hakimlər oyunları idarə etməyə hazırdırlarmı?
- Hakimlik zamanı bəzən elə səhvlər olur ki, heç onun izahını qaydalarda tapa bilmirsən. Sonradan beynəlxalq qaydalar şurası toplaşıb onu qaydalara salırlar. Ümumi götürdükdə, hakimlərimizin hamısı nəzəri biliklərdən uğurla keçdilər. Bu il ilk dəfə olaraq hakimlər biletlərdən əlavə, metodika üzrə də imtahan verdilər. Onlar fiziki hazırlıq üzrə normativləri də yerinə yetirdilər. Sadaladıqlarıma əsaslanıb hakimlərin çempionata hazır olduğunu deyə bilərəm. Amma oyunlar zamanı nələrin baş verəcəyini çempionatın startından sonra görəcəyik. Onu da vurğulayım ki, hakimlər bu dəfə işlərinə çox məsuliyyətlə yanaşdılar.
 
- Hakimlər ləvazimatlarla tam təchiz ediliblərmi?
- Müqayiə üçün deyim ki, Rusiya Futbol İttifaqı cari mövsümdən çempionat oyunları zamanı “sprey”lərdən  istifadə etməklə bağlı qərar qəbul edib. Düzdür, iki tur arxada qalsa da, hələ ortada heç nə yoxdur. Amma biz ötən mövsümdən bu ləvazimatdan yararlanırıq. Bundan başqa, bəzi oyunlarda “6-lıq” sistemindən də istifadə edirik. Bir sözlə, hakimlərimiz lazımi ləvazimatlarla tam təchiz olunub.
 
- I divizion və əvəzedici komandaların oyunlarına təyinat alacaq hakimlər üçün seminar keçiriləcəkmi?
-  Bu günlərdə belə bir seminar keçirməyi planlaşdırırıq. Təbii ki, seminarın sonunda onlardan həm nəzəri biliklərlə bağlı imtahan, həm də fiziki normativlər götürüləcək. İmtahandan keçməyən və nprmativləri verə bilməyən hakimlər müəyyən müddətə kənarda qalacaqlar.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah