Məqsəd İsayev: Şadam ki, qələbə qazandıq
29 iyul 2015 15:45
“Neftçi” PFK-nın futbolçusu Məqsəd İsayev “Əl-Faysali” (Səudiyyə Ərəbistanı) klubu ilə yoxlama oyunundan (2:1) sonra fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, gənc müdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Çox maraqlı oyun keçdi. Şadam ki, qələbə qazandıq. Uşaqlar da əllərindən gələni etdilər. Qarşıda “Antalyaspor”la oyun var. O görüşdə də qələbə qazanmaq istəyirik. “Kəpəz”lə oyuna tam hazır olacağıq. Mən uzun müddətdən sonra ilk dəfədir ki, meydana çıxdım. Pis alınmadı, inşallah, davamı olacaq”.