Samir Əliyev: Stoyçevi növbəti oyunlarda da yoxlayacağıq
29 iyul 2015 15:15
"Neftçi"nin baş məşqçisi Samir Əliyev baxışda olan Borislav Stoyçevlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Stoyçev yenicə baxışa gəlib. Ona görə də "Əl-Faysali" ilə yoxlama oyununda (2:1) cəmi bir hissə oynadı. Tələsik qərar vermək istəmirik. Ona görə bu futbolçunu növbəti oyunlarda da yoxlamağa çalışacağıq. Legioner yerli futbolçudan ən azı bir baş üstün olmalıdır".