Neftçidə kütləvi zəhərlənmə baş verib?
29 iyul 2015 15:00
Redaksiyamıza "Neftçi"də kütləvi zəhərlənmə baş verdiyinə dair xəbər daxil olub. Azerisport.az xəbər verir ki, məlumatda bildirilir ki, zəhərlənmə hadisəsi bazar ertəsi günü olub.
Bu üzdən klubun bəzi işçilərinin hələ də işə çıxa bilmədiyi bildirilir.
Məlumatı klubun mətbuat xidməti ilə dəqiqləşdirməyi qərara aldıq. Amma klubdan bu məlumatı təkzib etdilər və heç bir zəhərlənmə hadisəsinin qeydə alınmadığını bildirdilər.