Qarabağ Şotlandiyaya yola düşür
27 iyul 2015 20:30
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşacaq Azərbaycan çempionu "Qarabağ" Qlazqoya səfərə hazırlaşır. Azerisport.az xəbər verir ki, Ağdam klubu Şotlandiyaya birbaşa Bakı - Qlazqo reysiylə yollanır. Komandamız saat 22:30-da yola düşəcək. Şotlandiyanın paytaxtına uçuş təxminən 6 saat çəkəcək.
"Qarabağ" sabah oyunun keçiriləcəyi "Seltik Park"da 19:45-də (Azərbaycan vaxtıyla 23:45-də) oyunöncəsi sonuncu məşqinə çıxacaq. Buna qədər isə baş məşqçi Qurban Qurbanov media mənsublarının önünə çıxaraq sualları cavablandıracaq.
Qeyd edək ki, "Seltik" (Şotlandiya) - "Qarabağ" (Ağdam) qarşılaşması avqustun 5-də keçiriləcək və saat 23:45-də start götürəcək.