Apollonun qapıçısı: Qəbələ barədə Ansi Aqolli ilə söhbət etdim
27 iyul 2015 20:00
Kiprin "Apollon" klubunun qapıçısı İsli Hidi bəyan edib ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə bağlı ətraflı məlumat toplamağa çalışır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən gn həmyerlim Ansi Aqolli ilə söhbət etdim. Onunla yaxşı tanışam. Bir az "Qəbələ" haqda da söhbət etdik. Bilirəm ki, komandanızda braziliyalı futbolçular çıxış edirlər. Komanda özü də pis oynamır. "Qəbələ"nin digər futbolçularındn Aleksey Qayı tanıyıram. onu "Şaxtyor"un heyətində görmüşəm. Güclü futbolçudur".