Futboldan getmək istəyən Çertoqanov Bakıya müqavilə bağlamağa gəlir
27 iyul 2015 19:00
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov karyerasını başa vurmaq haqda düşünsə də, yenidən fikrindən daşınıb. Son mövsümü "Sumqayıt"da keçirmiş əslən ukraynalı futbolçu azerisport.az saytına açıqlamasında yeni müqavilə bağlamağa hazırlaşdığını bəyan edib:
"Bəli, karyeramı bitirmək fikrim var idi. Amma sonradan "Sumqayıt"la razılığa gələ bildik. Bakıya yeni müqavilə imzalamağa gəlirəm. Şadam ki, yenidən komandama kömək edə biləcəyəm".
Maraq üçün xatırladaq ki, Çertoqanov hələ ötən mövsüm də oxşar açıqlamalarla karyerasını bitirməyə hazırlaşdığını söyləsə də, son anda "Sumqayıt"a qayıtmağa razı olmuşdu.