Atletikin futbolçusu: Hədəf İnterlə cütün taleyinə ilk oyunda aydınlıq gətirməkdir
27 iyul 2015 18:00
İspaniyanın "Atletik" klubunun müdafiəçisi Mikel San Xose Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Arxayınlaşsaq, hər şey ola bilər. Hədəfimiz cütün taleyinə ilk oyunda aydınlıq gətirməkdir. Bizi yeni mövsümə çox vacib start gözləyir. Start oyunu öncəsi qətiyyən arxayınlaşmaq olmaz".