Neftçinin Müşahidə Şurasının üzvü hələ də komadadır
27 iyul 2015 17:15
“Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Mübariz Zeynalov bir müddətdir ki, Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Azerisport.az xəbər verir ki, o, hələ də koma vəziyyətindədir.
Həkimlər onun vəziyyətini ağır stabil olaraq dəyərləndirirlər.
Qeyd edək ki, Zeynalov “Neftçi”nin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşdığı Çernoqoriya "Mladost"u ilə oyununda bərk əsəbləşdiyi üçün səhhətində problem yaranmışdı və xəstəxanaya yerləşdirilmişdi.