Rəvan millinin sabiq forvardı ilə gücləndi
27 iyul 2015 14:30
Növbəti mövsümdə Premyer Liqada çıxış edəcək "Rəvan" heyətinə yeni futbolçu qatıb. Azerisport.az xəbər verir ki, "aslanlar" Fərid Quliyevlə gücləniblər.
Onunla bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, vaxtilə Azərbaycan yığmasının şərəfini qorumuş Fəridin son klubu "Sumqayıt" olmuşdu.