Qəbələ Kiprə nə vaxt gedəcək?
27 iyul 2015 14:15
Avropa Liqasının üçüncü təsnifat mərhələsində Kiprin "Apollon" klubu ilə mübarizə aparacaq "Qəbələ"nin Larnakaya səfər proqramı müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız səfərə iyulun 29-da yola düşəcək.
Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Kiprə çarter reysi ilə gedəcək.
Qeyd edək ki, "Apollon" - "Qəbələ" qarşılaşması iyulun 30-da keçiriləcək və saat 22:00-da start götürəcək.