Millinin məşqçiləri 3 avrokubok oyununu izləyəcək
27 iyul 2015 13:45
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin tapşırığına uyğun olaraq, millinin məşqçiləri klublarımızın avrokuboklarda keçirəcəyi növbəti oyunları izləyəcəklər. Azerisport.az xəbər verir ki, Qordan Tsipriç UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Seltik” (Şotlandiya) – “Qarabağ” oyununa, Yanko Yankoviç UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Atletik” (İspaniya) – “İnter” matçına, Elxan Abdullayev isə “Apollon” (Kipr) – “Qəbələ” qarşılaşmasına baxacaq.
“Qarabağ” qeyd olunmuş oyunu iyulun 29-da, “İnter” və “Qəbələ” isə iyulun 30-da keçirəcək.