Seltik - Qarabağ matçı 36 manata
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çemionu "Qarabağ"la Şotlandiyanın "Seltik" klubu arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, Qlazoqda keçiriləcək bu qarşılaşmanın biletlərinin qiyməti də məlumdur.
Belə ki, "Seltik Park" arenada keçiriləcək oyunun biletləri 22 funt sterlinqə (təxminən 36 manat) satılır. 13 yaşadək uşaqlar üçün biletlər 7 funt sterlinq (11 manat), 16 yaşadək olanlar və 65 yaşdan yuxarı insanlar üçün isə 12 funt sterlinq (19 manat) təşkil edir. Mövsümlük abunəlik kartı olan azarkeşlər üçün isə bu oyun cəmi 2 funt sterlinqə (3 manat) başa gələcək.
Qeyd edək ki, "Seltik" - "Qarabağ" qarşılaşması iyulun 29-da keçiriləcək və saat 23:45-də start götürəcək.