Qarabağı Seltiklə oyunda 250 azarkeş dəstəkləyəcək
27 iyul 2015 11:15
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iyulun 29-da Şotlandiyanın "Seltik" klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu Qlazqoda baş tutacaq qarşılaşmada dəstəksiz qalmayacaq.
Belə ki, bu oyunu izləməyə Şotlandiyada, eləcə də qonşu ölkələrdə yaşayan həmyerlilərimiz də gələcək. Ağdamlıları 250-yə yaxın fanatın dəstəkləməsi gözlənilir. Bunlardan 100-ə yaxını elə Şotlandiyada yaşayn həmyerlimizdir. Qalanları isə Böyük Britaniyanın digər şəhərlərindən və başqa ölkələrdən gələcək.