Qara Qarayev: Yoxlama oyunlarında səhvi bağışlamaq olar
7 iyul 2015 16:15
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avstriya toplanışı çərçivəsində Rumıniyanın "Styaua" klubuna qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Styaua"ya qarşı yaxşı oynadıq. Qol buraxmaq normaldır. Yoxlama oyunlarında qol buraxmaq, səhvlərini görmək hətta yaxşıdır. Belədə səhvlərimiz üzərində çalışırıq. Yoxlama oyunlarında buraxılan səhvlər hardasa, bağışlanasıdır. Amma rəsmi oyunlarda hər şey fərqli olur. Biz də çalışırıq ki, rəsmi oyunlara qədər bütün səhvlərimizi aradan qaldıraq".