Yuri Fomenko Laçi ilə cavab matçını buraxa bilər
7 iyul 2015 16:00
"İnter" Avropa Liqasıın birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirəcəyi cavab matçına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu görüşə daha bir ciddi itki ilə çıxa bilər.
Belə ki, komandanın hücumçusu Yuri Fomenko zədədən əziyyət çəkir. Albaniyadakı görüşün birinci hissəsində sıradan çıxan və əvəzlənən ukraynalı forvard hələ də zədəsini tam sağaltmayıb. Bu üzdən də onun Bakıdakı qarşılaşmada iştirakı sual altındadır.
Qeyd edək ki, "bankirlər"in daha bir təcrübəli futbolçusu - Slavço Georgiyevski də "Laçi" ilə cavab görüşünü buraxa bilər.