Xəzər Lənkəran ilk yoxlama oyununa çıxır
7 iyul 2015 12:30
İyun ayının 28-dən etibarən Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” sabah ilk yoxlama oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, ağır məşqlərin fonunda ilk yoxlama oyununda nisbətən zəif rəqiblə qarşılaşmağı məqsədə uyğun hesab edən məşqçilər korpusu “Kayseri Ərciyəsspor” klubunun ikinci komandasını rəqib seçib.
Son mövsüm Super Liqadan PTT birinci Liqaya yuvarlanan türk klubunun ikinci komandası ilə oyun sabah Bakı vaxtı ilə saat 20.00-da "Xəzər Lənkəran"ın məşqlərini keçirdiyi futbol meydançasında start götürəcək. Bu gün isə komanda yalnız axşam məşqi ilə kifayətlənəcək.