İnter - Laçi görüşü 1 manata
6 iyul 2015 20:00
İyulun 9-da Avropa Liqasının ilk təsnifat mərhələsində keçiriləcək "İnter" - "Laçi" (Albaniya) görüşünə biletlər sabah satışa çıxarılır. Klubdan azerisport.az saytına verilən məlumata görə biletlərin qiyməti 1 manat təşkil edir.
Qeyd edək ki, iyulun 9-da baş tutacaq cavab görüşü saat 21:00-da start götürəcək. Klublar arasında Albaniyada keçirilən ilk matç 1:1 hesabıyla başa çatıb.