Georgi Nikolov: Xaricə getməyimə qadağa qoyulub? Boş şeydir
6 iyul 2015 15:45
"İnter"in prezidenti Georgi Nikolov Azərbaycanı tərk etməsinə qadağa qoyulduğu barədə xəbərləri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ölkədən çıxmağıma qadağa qoyulub? Boş şeydir. Bunun nəyini şərh edim? Gəlin daha ciddi məsələlərdən danışaq".