Yaşar Seyidov: Qazonu əvvəlki vəziyyətə qaytarmaq üçün 70-80 min manat pul lazımdır
6 iyul 2015 15:15
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov klub bazasının və stadionun baxımsız hala düşməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakı"nın bazası son dörd ildə elə yüklənmişdi ki, onu ideal vəziyyətdə saxlamaq çox çətin idi. Qızlar arasındakı dünya çempionatı zamanı komandalar burada çoxlu məşq keçirdi. Hamısı da Hafiz Məmmədovun hesabına edilirdi. Buna görə pul da almırdıq. Sadəcə, bizə maraqlı idi ki, Hafiz Məmmədovdan başqa kim bizə kömək edəcək. Çünki klubumuz hamıya yaxşılıq etmişdi. İndi qazonu əvvəlki vəziyyətinə qaytarmaq üçün 70-80 min manat pul lazımdır".