Stepan Polyak: Əlimdən gələni edəcəyəm ki, İnterə faydalı olum
6 iyul 2015 14:30
"Simurq"un sabiq futbolçusu Stepan Polyak "İnter"ə keçir. Azerisport.az saytına açıqlamasında bunu hazırda Bakıda olan futbolçunun özü bəyan edib:
"Hələ müqavilə imzalamamışıq. Amma hər şeydə razılığa gəlmişik. İlkin razılıq əldə olunub. Yalnız bu anlaşmanı rəsmiləşdirmək qalır. Şadam ki, "İnter" kimi bir klubda çıxış edəcəyəm. Son illərdə bu komanda yüksəlişdədir. Maliyyə məsələsinə gəlincə, bu barədə danışmaq istəmirəm. Əsas odur ki, "İnter" kimi bir klubda oynayacağam. Komandama faydalı olmaq üçün əlimdən gələni edəcəyəm".