Yaşar Seyidov: Hafiz Məmmədov bu problemi həll etsə, Bakı Premyer Liqada oynayacaq
6 iyul 2015 13:45
"Bakı" yeni mövsümdə Topaz Premyer Liqasında çıxış edə bilər. Azerisport.az saytına açıqlamasında bunu "zolaqlılar"ın vitse-prezidenti Yaşar Seyidov bəyan edib:
"Klub prezidenti Hafiz Məmmədov AFFA-nın rəhbəri Rövnəq Abdullayevlə görüşüb. Onlar komandanın yeni mövsümdə Topaz Premyer Liqasında çıxış etməsini müzakirə ediblər. İndi biz AFFA-nın əsas tələbini - maliyyə problemini yoluna qoymalıyıq. Hafiz Məmmədov bu məsələni həll etsə, klub lisenziyalaşdırmadan keçəcək və Premyer Liqada çıxış edəcək. Heyətə gəlincə, bizim hazır komandamız var. Yalnız Nuran Qurbanov "Sumqayıt"a keçib. Qalanlar hamısı yerindədir".