Azərbaycan dünya 14-cüsüdür
6 iyul 2015 13:15
Futzal üzrə yığma komandaların iyul ayı üçün reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması əvvəlki mövqeyində qalıb.
Belə ki, millimiz 1354 xalla yenə 14-cü yerdə qərarlaşıb.
Azərbaycanın Avropa çempionatına vəsiqə uğrunda pley-off oyunlarında qarşılaşacağı Slovakiya 1219 xalla 23-cü pillədə yer alır.
DÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, Xorvatiya və Belarus müvafiq olaaq 15-ci (1340) və 22-ci (1230) yerdə gedir.
İlk üçlük belədir: İspaniya (1922), Braziliya (1910), Rusiya (1746).