XL braziliyalı ilə müqavilə bağlamağa qərar verdi
6 iyul 2015 13:00
"Xəzər Lənkəran" yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, cənub klubu artıq baxışda olan legionerlərdən biri ilə münasibətlərini rəsmiləşdirməyə qərar verib.
Bu, vaxtilə komandanın şərəfini qorumuş Dieqo Souza Qusmaodur. Sözügedən futbolçu komandanın Türkiyə toplanışında iştirak edir. Cənub klubu Azərbaycana qayıdan kimi, bu yarımmüdafiəçi ilə müqailə imzalayacaq.
Qeyd edək ki, baş məşqçi Yunis Hüseynov hazırda digər braziliyalı Rafael Karletti və xorvatiyalı Ante Mitroviçi də sınaqdan keçirir.